Modern.az

İlham Əliyev bu deputatları TƏLTİF ETDİ

İlham Əliyev bu deputatları TƏLTİF ETDİ

Parlament

11 Aprel 2023, 13:34

Prezident İlham Əliyev Milli Məclisin üç deputatı ilə bağlı sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilib.

 

Dövlət başçısının digər sərəncamları Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) və Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

 

Qeyd edək ki, bu il Cavanşir Paşazadə və Aqil Abbasın 70, Novruzəli Aslanovun 60 yaşı tamam olur.

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir