Modern.az

Qaz abunəçiləri üçün 185 nömrəli “qaynar xətt” xidməti fəaliyyətə başlayıb

Qaz abunəçiləri üçün 185 nömrəli “qaynar xətt” xidməti fəaliyyətə başlayıb

Ölkə

2 Aprel 2010, 20:55

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi ilə “Azqazservis” MMC arasında müqavilə imzalanıb. Bu barədə ARDNŞ-dən məlumat verilib. Müqaviləyə əsasən “Azqazservis” MMC sayğac göstəricilərinin çıxarılması, həmin göstəricilərin elektron abonent bazasına daxil edilməsi, qalıq borc bildirişlərinin çap olunması və abonentlərə paylanılması, ARDNŞ, “Azenerji” ASC, “Azərkimya” DŞ, “Azəralimünium” ASC müəssisələri istisna olmaqla digər müəssisələrə hesab fakturaların paylanılması, qazdan qeyri-qanuni istifadə hallarının müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi, müvafiq aktların tərtib edilməsi işlərini yerinə yetirir. Beləliklə, “Azəriqaz” İB-nin Kommersiya Departamenti kommersiya fəaliyyətinin göstərilən sahələrində səlahiyyətlərini “Azqazservis” MMC ilə bölüşüb. Bununla belə, Departament nəzarət funksiyasını özündə saxlayıb. Belə ki, Kommersiya Departamentində “Azqazservis” MMC-nin əməkdaşları tərəfindən çıxarılmış sayğac göstəriciləri mütəmadi olaraq seçmə üsulu ilə yoxlanılır, aşkar edilmiş nöqsanların dərhal aradan qaldırılması ilə bağlı tədbirlər görülür. Kommersiya Departamenti əvvəllər mövcud olmuş bir sıra problemlərin - abonentlərə istifadə etdiklərindən artıq qaz ödənişi yazılması, itkilərin həqiqi səviyyəsinin gizlədilməsi hallarının qarşısının alınmasını da nəzarətində saxlayır. Bundan əlavə 2010-cu ilin fevralından etibarən Kommersiya Departamentinin nəzdində 185 saylı telefon xidməti – “qaynar xətt” fəaliyyətə başlayıb. Bu, abonentlərə imkan verir ki, onları narahat edən suallara operativ cavab ala bilsinlər. 185 saylı telefon xidmətinə müraciətlər barədə Departamentdə gündəlik, həftəlik və aylıq hesabatlar hazırlanır. Hazırda ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən Bakı şəhərinin rayonlarında yerləşən qaz istismarı sahələrinin və Kommersiya Departamentinin rayon filiallarının vahid elektron şəbəkəyə qoşulması işi həyata keçirilir. Bakı rayonlarından sonra Kommersiya Departamentinin rayon filiallarının vahid elektron şəbəkəyə qoşulması nəzərdə tutulub ki, bu da abonentlərin sayğac göstəricilərinin rayon-“Azəriqaz”-bank(poçt), ödəniş məlumatlarının isə bank(poçt) -“Azəriqaz”- rayon istiqamətlərində sürətli ötürülməsini təmin edəcək. Gələcəkdə abonentlərə göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə elektron abonent bazası müasir proqrama uyğun idarə olunacaq. Yeni proqramın tətbiqi iri həcmli informasiyaların sürətlə emal edilməsinə və “Azəriqaz” İB-nin elektron abonent bazasının işini dünya standartlarına uyğunlaşdırmağa şərait yaradacaq. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan Putinə susdurucu Qarabağ cavabı - Bu torpaq Azərbaycanındır