Modern.az

Metronu daha təhlükəsiz etmənin 5 yolu

Metronu daha təhlükəsiz etmənin 5 yolu

3 Aprel 2010, 10:06

Moskva metrostansiyalarında baş vermiş son partlayışlar  ölkədə ictimai nəqiyyat vasitəsi kimi yeraltı nəqliyyatda təhlükəsizlik probleminin  aktuallığını bir daha əyani şəkildə üzə çıxardı.  Partlayışlar metroda təhlükəsizliyin təmin olunması sahəsində axsamaların olduğunu göstərdi.  Metroda təhlükəsizliyi daha təkmil, daha etibarlı təmin etmək mümkündürmü?

Modern.az –ın xarici mətbuata istinadən araşdırmalarına görə, bir sıra ölkələrdə bu məsələ ciddi problem kimi gündəmdədir.Ekspertlər qeyd edir ki,  bir neçə yeni texnologiya və metodik göstərişlər var ki, onların köməyi ilə yeraltı nəqliyyatı daha təhlükəsiz etmək olar. Nəqliyyatda  təhlükəsizlik sahəsində ixtisaslaşmış xarici  ekspertlər bu sahədə təkliflərini irəli sürür.

 

The Christian Science Monitor ictimai nəqliyyatı daha təhlükəsiz edə biləcək ağıllı tədbir və yeni texnologiyalardan bəhs edir.

 

 

 

1. “Oyun texnologiyaları”. Texniki və proqram məsələlərindən birgə istifadə olunmasını nəzərdə tutur. Bu, dairəvi interaktiv video, inersial təqib səstemi, GPS-dən istifadədir. Əgər kompüter, məsələn, üzərində bomba və yaxud bioloji silah olan sərnişin  aşkar edirsə, o zaman müəyyən edilmiş cavab alqoritmi işə düşür: maşinist məlumatlandırılır, vaqon qapıları blokadaya alınır və yaxıd açılır.

 

 

 

2. PROTEST. Bu stansiyalarda təhlükəsizliyi təmin edən geniş sistemdir ki, avtomatik olaraq terror hücumunu aşkar edir. PROTEST  sisteminin quruluş detalları məxfi saxlanılır, lakin məlumdur ki, bu sistem özündə kimyəvi və bioloji silahların detektorlarını, simsiz video-rabitəni birləşdirir. Bundan əlavə, bu sistem zərərli maddələrin yayılması yollarının hesablanmasının proqram təminatını verir. Bu sistem artıq Vaşinqton və Bostonda işləyir.

 

 

3. Bakterioloji müdafiə. Hyuston metrosu  Breathe Safe System adlanan sistemlə təchiz olunub. Bu sistem ultrabənövşəyi şüaların köməyi ilə bakeriaların bəzi növllərini 99 faiz öldürmə imkanı verir. Sistemin əsas vəzifəsi virus, bakeriya və kiflərlə mübarizədir.

 

 

 4. Kimyəvi, bioloji və şüa zəhərlənmələrindən müdafiə edən xüsusi materiallar, jiletlər, sipərlər, odeyallar. Odeyallar vasitəsi ilə şüalanmış və  çirkli bombaları örtürlər, sipər və jiletlərdən isə operativ xidmət əməkdaşları istifadə edirlər. Bu cür bölmələr Nyu-Yorkda tətbiq olunub.

 

 

5. Fövqəladə vəziyyətə hazırlıq. Ekspertlər hesab edir ki, köhnə təlimlərdən yaxşı vasitə hələlik düşünülməyib. Sərnişin daşınması, buraxıcılıq qabiliyyəti və həcmindən asılı olmayaraq mümkün qəza hallarına görə hərəkət planı mövcud olmalıdır. Qəzaların aradan qaldırılması və insanların kütləvi surətdə həlak olması hallarının qarşısnı almaq üçün müntəzəm surətdə təlimlər keçirilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir