Modern.az

“Ermənistan hakimiyyəti müharibə təbliğatı yayır ”

“Ermənistan hakimiyyəti müharibə təbliğatı yayır ”

3 Aprel 2010, 12:01

Erməni Milli Konqresi Serj Sərksiyan hakimiyyətini müharibə təbliğatı ilə məşğul olmaqda iitiham edir. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, müxalifət partiyası qeyd edir ki, indiki hakimiyyət Ermənistan və Dağlıq Qarabağ əhalisində belə bir təəssürat yaratmağa çalışır ki, tezliklə müharibə başlayacaq.
Güya ki, hakimiyyət müharibəyə hazırlıq üzrə təxirəsalınmaz tədbirlərə  başlayıb. Konqres qeyd edir ki, bir sıra KİV-lər vasitəsi ilə müharibənin başlanmasının mümkünlüyü barədə intensiv təbliğat aparılır. Qarabağda həlak  olan erməni əsgərlərin meyitlərinin Yerevana gətirilməsinə dair məlumatlar yayılır.

 

Konqres qeyd edir ki, bütün bunlar sırf müharibə əhval-ruhiyyəli təbliğat kampaniyasıdır və məqsəd Ermənistan və Qarabağ əhalisi arasında çaşqınlıq yaratmaqdır. Müxalifət qeyd edir ki, bununla da Serj Sərkisyan rejimi Qarabağ məsələsində edəcəyi güzəştlərin xalq tərəfindən qəbul olunmasına çalışır.

 

Qeyd olunur ki, hakimiyyət bununla da xarici və daxili siyasət məsələlərində Sərkisyan rejiminin uğursuzluqlarını ictimaiyətdən gizlətməyə çalışır.

 

Konqres Ermənistan hakimiyyətinin təbliğat tələsinə düşməmək üçün xalqı aprelin 5-də keçiriləcək mitinq və yürüşlərdə fəal iştirak etməyə çağırır.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir