Modern.az

Deputat Gülər Əhmədova konsul Səyyad Arana cavab verdi

Deputat Gülər Əhmədova konsul Səyyad Arana cavab verdi

3 Aprel 2010, 12:34

Modern.az xəbər verir ki, millət vəkili Gülər Əhmədova Azərbaycanın İstanbuldakı konsulu Səyyad Aranın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib: «Səyyad Aran Azərbaycanın daxili və xarici siyasətindən o dərəcədə qopmuş vəziyyətdədir ki, mənim Milli Məclisin xətti ilə Türkiyədə səfərdə olmağımdan, səfərin yekunu ilə bağlı parlamentin binasında mətbuat konfransı keçirməyimdən xəbərsizdir. Çanaqqalada şəhid olan azərbaycanlıların xatirəsinə lövhə qoyulması bir Qeyri-Hökumət Təşkilatının təşəbbüsü olsa da, sonrakı mərhələdə hökumətin ən yüksək instansiyalarının xeyir-duası ilə baş tutub».

Millət vəkili deyib ki, Səyyad Aran nəsə danışmazdan əvvəl sənədlərə müraciət etsə, daha yaxşı olardı: «Ona məsləhət görürəm ki, ilk olaraq mənim Çanaqqaladakı tədbirlərdə iştirakımla bağlı sərəncamla tanış olsun. Sonra Azərbaycanın Türkiyədəki səfirliyindən hava limanına mənim VİP salonda qarşılanmağım haqda göndərilən məktubla tanış olsa, yaxşı olardı. Vaxtı qalsa, həmin ərəfədə Azərbaycanın xarici işlər naziri müavini adından ona göndərilən məktubu oxusun».

Millət vəkili digər bir məqama da münasibət bildirib: «Çanaqqalada şəhid olan azərbaycanlıların xatirə lövhəsinin kimin təşəbbüssü ilə qoyulmasına gəlincə, nəzərinizə çatdırım ki, mən Beynəlxalq Diaspora Mərkəzinin(BDM) Müşahidə Şurasının sədriyəm. Bu təşkilatda qəbul olunan sənədlər mənim iştirakımla müzakirə olunur».    

Xatıdladaq ki G. Əhmədova dünən Milli Məclisdəki çıxışında Azərbaycanın İstanbuldakı Konsulluğunu Çanaqqalada şəhid olan azərbaycanlıların xatirəsinə lövhə qoyulması mərasiminə laqeydlikdə ittiham etmişdi.

S.Aran isə ona cavabında deyib ki, Çanaqqalada şəhid olmuş üç minə yaxın azərbaycanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Türkiyədə tədbir keçirilən gün, yəni martın 18-də o, konsulluğun mədəniyyət məsələləri üzrə əməkdaşı Qismət Gözəlovla birgə “Sarıqamışdan Çanaqqalaya” tamaşasının premyerasında olublar: “Tamaşanın sponsoru konsulluq olduğuna görə mən də orda idim”. (Mediaforum).

Konsul deyib ki, Çanaqqaladakı tədbirdə konsulluqdan kiminsə iştirak etməsinin vacibliyini deməsi Gülər Əhmədovanın beyninin məhsuludur: “Gülər Əhmədova yanlışlığa yol verir, bilmədiyi məsələ haqqında hökm verir, özünə aid olmayan məsələlərdən bəhs edir. Həmin gün mən neçə yerə bölünməli idim? Mən konsulluğun sponsorluğu ilə hazırlanmış tamaşanın premyerasında iştirak etməliydim, yoxsa kimlərinsə şəxsi münasibətlərinə görə səfər etdiyi tədbirə getməliydim?” .

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir