Modern.az

Rəşad Dağlı hakim qarşısına çıxarılır

Rəşad Dağlı hakim qarşısına çıxarılır

Aktual

17 Aprel 2023, 09:08

Bu gün meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi cinayət işi üzrə ilk məhkəmə iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, məhkəməyə Leyla Əsgərova-Məmmədova sədrlik edəcək.

 

10:20-də başlayacaq iclasda meyxanaçının məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.

 

Qeyd edək ki, Rəşad Dağlı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə ittiham edilir. Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib.

 

Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Sizə yeni x var
Keçid et
İranla Rusiya birləşdi - ABŞ-yə hücum hazırlığı başladı