Modern.az

Ukraynada ölən mülki şəxslərin SAYI 

Ukraynada ölən mülki şəxslərin SAYI 

Dünya

18 Aprel 2023, 20:19

2022-ci il fevralın 24-dən Ukraynada həlak olan mülki şəxslərin sayı 8,5 min nəfəri keçib.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının məlumatında bildirilib.

 

Aprelin 18-ə olan məlumata əsasən, Ukraynada müharibə başlayandan bəri 8534 mülki şəxs ölüb, 14370 nəfər yaralanıb.

 

Ölən mülki əhalinin dörddə üçündən çoxu - 6634 nəfəri Ukraynanın qanuni hakimiyyət orqanlarının nəzarətində olan ərazilərdə qeydə alınıb. Rusiyanın işğal etdiyi ərazilərdə isə 1900 dinc sakin həlak olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Sabiq deputat niyə vəfat etdi? SƏBƏB BU İMİŞ