Modern.az

XİN başçılarının təkbətək görüşü başa çatdı - YENİLƏNİB

XİN başçılarının təkbətək görüşü başa çatdı - YENİLƏNİB

Aktual

19 Aprel 2023, 16:32

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen arasında təkbətək görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

 

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparırlar.

 

***

15:58

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun israilli həmkarı Eli Kohenlə görüşü başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Ceyhun Bayramov Xarici İşlər Nazirliyində Eli Koheni qarşılayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putinin generalı GÜLLƏLƏNDİ - Rusiyada ara qarışır