Modern.az

“Formula”ya görə daha bir avtobusun yolu dəyişir

“Formula”ya görə daha bir avtobusun yolu dəyişir

Aktual

20 Aprel 2023, 16:58

Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar olaraq 2023-cü ildə tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) 149 nömrəli marşrutun hərəkət sxemində dəyişikliklərin edilməsi planlaşdırılır.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

Belə ki, 149 nömrəli marşrut üzrə avtobusların hərəkəti alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu – H.Cavid prospekti – Landau küçəsi (Hüseyn Cavid parkı) – Elmlər Akademiyası metro stansiyası – Mətbuat prospekti ilə təşkil ediləcək.

 

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!