Modern.az

Qubada ağır yol qəzası - Ölən var

Qubada ağır yol qəzası - Ölən var

Hadisə

21 Aprel 2023, 11:17

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 20-də saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində kənd sakini X.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında saxlanılan “Toyota” markalı maşına vurub.

 

Qəzadan sonra xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!