Modern.az

“Qırmızı Xaç” 300-ə yaxın ermənini Qarabağa gətirib - ÖZƏL

“Qırmızı Xaç” 300-ə yaxın ermənini Qarabağa gətirib - ÖZƏL

Qarabağ

21 Aprel 2023, 16:26

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) indiyədək ümumilikdə 258 nəfərin Ermənistana, 287 nəfərin isə Ermənistandan Laçın yolu ilə keçərək ailələri ilə qovuşmasına yardımçı olub.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

 

O bildirib ki, komitə gələcəkdə də tərəflərin və ailələrin razılığı və onlarla müzakirələrin nəticəsində ailə qovuşmalarına neytral vasitəçi olaraq dəstək verməyə hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə