Modern.az

İrəvanda bayrağımıza qarşı növbəti TƏXRİBAT - VİDEO

İrəvanda bayrağımıza qarşı növbəti TƏXRİBAT - VİDEO

Aktual

23 Aprel 2023, 20:48

İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti dəfə təxribat törədilib.

 

Modern.az xəbər verir ki, şəhərdə keçirilən yürüş zamanı iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar.

 

Hadisə İrəvanın Respublika meydanında baş verib. Yürüş qondarma "erməni soyqırımı" münasibətilə keçirilib.

 

Xatırladaq ki, aprelin 14-də İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat törədilib. Səhnəyə çıxan erməni təxribatçı Azərbaycan bayrağını yandırmağa cəhd edib. Azərbaycan bayrağının yandırılmasından sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, təhlükəsizlik vəziyyəti nəzərə alınaraq Azərbaycan idmançılarının yarışa qatılmaması və geri qayıtması barədə qərar qəbul edilib. Bayrağı yandıran təxribatçının erməni dizayner Aram Nikolyan olduğu müəyyən edilib. O, polis tərəfindən saxlanılsa da, sonradan azadlığa buraxılıb. Hadisə ilə bağlı Azərbaycanda cinayət işi açılıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?