Modern.az

ABŞ-da Bayramovla Mirzoyanın görüşü GÖZLƏNİLİR

ABŞ-da Bayramovla Mirzoyanın görüşü GÖZLƏNİLİR

Ölkə

29 Aprel 2023, 11:54

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-a səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, səfər aprelin 30-da baş tutacaq.

 

Mirzoyan Vaşinqtonda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələr aparacaq.

 

Ermənistan mətbuatının məlumatına görə, Vaşinqton şəhərində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü gözlənilir.

 

Azərbaycan XİN hələlik belə bir görüşün olması barədə rəsmi açıqlama yaymayıb. 

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?