Modern.az

Qəzada ölənlər bu qurumun əməkdaşlarıdır

Qəzada ölənlər bu qurumun əməkdaşlarıdır

Aktual

29 Aprel 2023, 17:07

Ağstafa rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən 3 nəfər Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarıdır.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, ölən şəxslərin Ağstafa rayon sakinləri, 1991-ci il təvəllüdlü Elşad Namazov və 1994-cü il təvəllüdlü Ramin Məmmədov, eləcə də Füzuli rayon sakini 1976-cı il təvəllüdlü Hüseyn Məmmədhəsənov olduğu müəyyənləşib.

 

Eyni zamanda, Agentliyin daha iki əməkdaşı - Ağstafa rayon sakinləri 1999-cu il təvəllüdlü Orxan Xəlilov və 1994-cü il təvəllüdlü Sərxan Vəliyev xəsarət alıb.

 

Qeyd edək ki, hadisə "Toyota" və "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Sizə yeni x var
Keçid et
Rus agentləri vurulur - Siyahıda kimlər var?