Modern.az

Qafar Çaxmaqlı QHT-ləri qınadı: “Erməni təbliğatına qarşı sistemli iş getmir”

Qafar Çaxmaqlı QHT-ləri qınadı: “Erməni təbliğatına qarşı sistemli iş getmir”

27 İyun 2013, 13:22


“Qondarma soyqırımın 100 illiyi yaxınlaşdıqca ermənilər daha da fəallaşacaqlar”.

Bunu Modern.az-a  tarix üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlı deyib. Xatırladaq ki, 2015-ci ildə dünya erməniləri qondarma soyqırımının 100 illiyini qeyd etməyə indidən ciddi hazırlıq kampaniyası aparır. Ermənistan və diaspor erməniləri “tarixi hadisə” ilə bağlı təntənəli tədbirlər həyata keçirməyi planlaşdırır.

Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistanda prezident Serj Sərkisyanın rəhbərliyi ilə komissiya yaradılıb. Bundan əlavə, Diaspor Nazirliyində hazırlıq işi məqsədilə komitələr yaradılıb.

“Ermənilər həmişə bu məsələni gündəmdə saxlayıblar. Lakin bu dəfə 100 illik anımla bağlı müəyyən yeniliklər ola bilər. Yeni ölkələrdə “erməni soyqırımı”nın tanınması və bununla yanaşı Dağlıq Qarabağın müstəqilliyinin tanıdılması məsələsini ortaya ata bilərlər. Onların əsas tələblərindən biri Türkiyənin özünün erməni soyqırımını tanımasıdır. Tanımanın arxasında təzminat ödənməsi məsələsi, 6 vilayətin Ermənistan verilməsi məsələsi dayanır”.

Tədqiqatçının fikrincə, nə Azərbaycanda, nə Türkiyə bu təbliğatın qarşısının alınması üçün vətəndaş quruluşları səviyyəsində ciddi iş görülmür.
“Gözləyirik ki, ermənilər bizə hansı tərəfdən hücuma keçəcək, biz onlara cavab verək. Mənə elə gəlir ki, sistemli iş görülə bilər. 2015-ci ilə hələ xeyli vaxt var”.  

Vüqar İsmayılov      
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!