Modern.az

Ramil Səfərovdan nə xəbər var?

Ramil Səfərovdan nə xəbər var?

23 Sentyabr 2009, 15:18

Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovun atası Sahib Səfərov Modern.az-a bildirib ki, oğlu ilə mütəmadi əlaqə saxlayır, vəziyyəti yaxşıdır. “Hər həftə Ramillə telefon vasitəsilə danışırıq. Heç bir şikayəti yoxdu. Vəziyyətinin yaxşı olduğun deyir”. Sahib Səfərov deyib ki, Ramilin dost-tanışları həmişə onları yada salır: “Hamısına minnətdaram, bizi yaddan çıxarmırlar. Həmişə diqqətdə saxlayıblar”. Sahib Səfərovdan onu da öyrəndik ki, hər zaman Ramilin nigarançılığını çəkən anası Nübar xanım ağır xəstədir və hazırda müalicə olunur. Xatırladaq ki, Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını  təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi