Modern.az

Yaponiyada zəlzələ - 6.3 bal

Yaponiyada zəlzələ - 6.3 bal

Dünya

5 May 2023, 11:40

Yaponiyanın İşikava sahillərindəki Noto yarımadasında zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.

 

Zəlzələ 6.3 bal gücündə olub. Yerli vaxtla saat 14:42-də 10 kilometr dərinlikdə baş verən təkandan sonra bölgədə sunami xəbərdarlığı olmayıb.

 

Şiddətli silkələnmə bütün sahilyanı ərazilərdə, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub.

 

Məlumata görə, zəlzələ Yaponiya dənizi (Şərq dənizi) sahillərindəki Niiqata, Toyama və Fukui şəhərlərində də hiss olunub.

Sizə yeni x var
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?