Modern.az

Vaqnerçilər Baxmutdan çıxır - VİDEO

Vaqnerçilər Baxmutdan çıxır - VİDEO

Aktual

5 May 2023, 12:38

"Vaqnerçilər" mayın 10-da Ukraynanın Baxmut şəhərindən çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın "Vaqner" muzdlu silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojin bildirib. 

 

O, döyüşçülərin silah-sursat çatışmazlığı ilə əlaqədar Baxmutdan çıxarılacağını deyib.

 

"Mən "Vaqner" bölmələrini Baxmutdan çıxarıram, çünki sursat olmadıqda onlar mənasız ölümə məhkumdurlar",-Priqojin deyib.

 

Onun sözlərinə görə, artıq bir aydır ki, Rusiya Müdafiə Nazirliyi muzdluları yalnız 10% sursatla təmin edir. Buna görə də “Vaqnerçilər” Baxmutdan “yaralarını sarımaq üçün” arxa düşərgələrə yollanırlar.

 

Qeyd edək ki, bir ilə yaxındır ki, Baxmut uğrunda döyüşlər gedir.

 

 

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı