Modern.az

Peskov Putinlə Paşinyanın görüşündən DANIŞDI

Peskov Putinlə Paşinyanın görüşündən DANIŞDI

Dünya

5 May 2023, 12:42

"Ukrayna PUA-larının Kremlə hücumu Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşünün mövzularından biri ola bilər".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

Peskov Ermənistanın baş naziri Nikol Paşinyanla Putinin gələn həftə görüşəcəyini açıqlamasa da, bu mövzuda müəyyən planların olduğunu qeyd edib.

 

"Vaşinqtonun Ukrayna dronlarının Kremlə hücumunda iştirakına baxmayaraq, Moskvanın maraqlarını təmin etmək üçün lazım gələrsə, Rusiya ilə ABŞ arasında təmaslar davam edəcək", - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?