Modern.az

Orban Rusiyanın məğlubiyyətinə şübhə edir

Orban Rusiyanın məğlubiyyətinə şübhə edir

Dünya

5 May 2023, 12:56

Macarıstanın baş naziri Viktor Orban Rusiyanın məğlubiyyətinə şübhə edir.

 

Modern.az "Strana"ya istinadən xəbər verir ki, onun sözlərinə görə, belə bir şeyi təsəvvür etmək üçün kifayət qədər fantaziyası yoxdur.

 

"Mənim kiminsə nüvə dövlətini məğlub edə biləcəyini təsəvvür etmək üçün təxəyyülüm yoxdur. Rusiyanın sakitcə oturub məğlub olduqlarına, siyasi sistemin məhv olduğuna, prezidentin öldürüləcəyinə, Qırmızı Meydan üzərində PUA ilə hücumlara baxacağını düşünmürəm. Bəziləri inanır ki, onlar hərbi məğlubiyyətlə səssizcə seyr edərək barışacaqlar. Bu, nağılda olur, əslində belə deyil”, - Orban deyib.

 

Qeyd edək ki, Avropada Serbiya və Macarıstan hakimiyyətləri Rusiyayönümlü qüvvələr kimi tanınır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR