Ukrayna tərəfi Rusiyadan növbəti dəfə hərbçilərinin cəsədlərini alıb.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu dəfə daha 80 müdafiəçinin meyiti qaytarılıb. Cəsədlərin təhvil verilməsi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq həyata keçirilib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.