Modern.az

“Nemezis” abidəsi İrəvanın xarici siyasət kursunun ifadəsi deyil - SPİKER

“Nemezis” abidəsi İrəvanın xarici siyasət kursunun ifadəsi deyil - SPİKER

Dünya

5 May 2023, 13:54

Ermənistan parlamentinin spikeri Alen Simonyan türk jurnalistlərə İrəvandakı "Nemezis" abidəsi ilə bağlı danışıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Ankarada keçirdiyi brifinq zamanı bu mövzuya toxunub.

 

Nazirin sözlərinə görə, abidənin qoyulması Ermənistanın dövlət xarici siyasət kursunun ifadəsi deyil. Spiker bildirib ki, abidə barədə qərar yerli özünüidarətmə orqanları tərəfindən verilib və bu, qeyri-dost addım kimi qəbul edilməməlidir.

 

"Ermənistanda xarici siyasəti baş nazir və xarici işlər naziri müəyyən edir və son aylarda bu səviyyədə qəbul edilən qərarların hər kəs şahidi olub. İstəyəndə münasibətlərin korlanmasına hər zaman səbəb və bəhanələr tapmaq olar. Ankaraya gəlməmək üçün mən də min cür müxtəlif səbəb tapa bilərdim. Ermənistan sülhə və ilkin şərt olmadan münasibətlərin nizamlanmasına hazırdır və Türkiyədən də analoji hazırlığa ümid edir", - deyə o bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?