Modern.az

Müharibədə ölən erməni hərbçilərin ailələri görüş istəyir

Müharibədə ölən erməni hərbçilərin ailələri görüş istəyir

Dünya

5 May 2023, 14:14

Ermənistanda 44 günlük müharibə zamanı itkin düşən və ölən hərbçilərin valideynləri hökumət rəsmiləri və deputatların iştirakı ilə görüş tələb edirlər.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin insan hüquqları üzrə komissiyasının rəhbəri Taquhi Tovmasyan onlarla görüşdən sonra məlumat verib.

 

"Onlar nədən narazı olduqlarını şəxsən təqdim etmək istəyirlər", - deyə o qeyd edib.

 

Xatırladaq ki, bir müddət əvvəl 4 günlük müharibə zamanı itkin düşən və ölən hərbçilərin valideynləri magistral yolu bağlayaraq görüş tələb etmişdilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?