Modern.az

Həmkarı Zelenskiyə tapança hədiyyə etdi

Həmkarı Zelenskiyə tapança hədiyyə etdi

Dünya

5 May 2023, 14:58

Çexiya prezidenti Petr Pavel Ukrayna prezidenti Volodimir Zelenskiyə "CZ 75" markalı tapança hədiyyə edib.

 

Modern.az xəbər verir ki, Pavel öz tviter səhifəsində tapançanın fotosunu paylaşıb.

 

"2022-ci ilin fevralında Ukrayna xalqının məğlubedilməzliyi Rusiyaya ağır zərbə vurdu. Çexiya silahları da döyüşdə ukraynalılara kömək edir. Ukraynanın qəhrəmanlığına hörmət əlaməti olaraq mən Zelenskiyə əfsanəvi tapançamızı təhvil verdim”, - Çexiya lideri bildirib.

 

Qeyd edək ki, bu tapança modeli 1975-ci ildə hazırlanıb və o vaxtdan bütün dünyada geniş şəkildə istifadə olunur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?