Danimarka və Almaniyadan tədarük olunan 80 "Leopard 1" tankı iyunun 1-dək Ukraynada olacaq.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen məlumat verib.
Onun sözlərinə görə, “Leopard 1” tankları “Leopard 2” qədər müasir olmasa da, bu tanklar Ukrayna Silahlı Qüvvələrinə fayda verəcək.
"Tankın çox yaxşı atəş gücü var və ərazidə yaxşı performans göstərir. Bu, 80 tank çox böyük rəqəmdir və ukraynalıların çoxlu sayda tanka ehtiyacı var", - deyə nazir bildirib.