Modern.az

Azərbaycanın sabiq XİN rəhbəri əməliyyat olundu

Azərbaycanın sabiq XİN rəhbəri əməliyyat olundu

Aktual

5 May 2023, 16:48

Azərbaycanın sabiq xarici işlər naziri, peşəkar diplomat Həsən Həsənov əməliyyat olunub. 


Bu barədə Modern.az-a onun ailəsindən məlumat verilib.


"Bu gün Həsən bəy Türkiyədə əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Özünü yaxşı hiss edir",- deyə Həsən Həsənovun qızı bildirib. 

 

Qeyd edək ki, bu yaxınlarda H. Həsənovun Türkiyədə tədbir zamanı vəziyyəti pisləşib. Onu təcili yardımla "Medicana" (Bursa) xəstəxanasına aparıblar. Müayinələr nəticəsində bəlli olub ki, sabiq nazirin öd kisəsində problem var və əməliyyat olunmalıdır.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?