Modern.az

Avropa Azərbaycan qazına güvənir - Macarıstandan açıqlama

Avropa Azərbaycan qazına güvənir - Macarıstandan açıqlama

6 May 2023, 09:42

Avropa Azərbaycan və Qara dəniz qazının tədarükünə arxalanır.

 

Modern.az xəbər verir ki, bununla bağlı Macarıstan Energetika Nazirliyi açıqlama verib.

 

“Mərkəzi Avropanın dənizə çıxışı olmayan ölkələrininin xarici təsirləri daha da azaltmaq üçün ən real qısamüddətli fürsət Azərbaycandan qaz idxalıdır”, - məlumatda bildirilib.

 

Qeyd olunub ki, Macarıstan bir çox qonşu ölkələrlə bağlıdır və kifayət qədər yüksək ötürmə qabiliyyətinə malik ikitərəfli qaz kəmərləri sistemlərinə sahibdir.

 

Diqqətə çatdırılıb ki, hazırda Qara dənizin hələ də işlənilməmiş qaz yataqlarında böyük potensial var. Bu yerlərdə kəşfiyyat işləri yaxın beş ildə başlaya bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq