Modern.az

Bakı-Ələt yolunda qəza - Yaralılar var

Bakı-Ələt yolunda qəza - Yaralılar var

Aktual

6 May 2023, 21:24

Bu gün axşam saatlarında Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində "Changan" markalı minik avtomobili ilə "Hyundai" markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobili aşıb.

 

Qəzada iki nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb edilib. Yolda sıxlığın yaranmaması üçün avtomobillər ərazidən uzaqlaşdırılıblar.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR