Modern.az

Türkiyə-Suriya sərhədində növbəti ZƏLZƏLƏ

Türkiyə-Suriya sərhədində növbəti ZƏLZƏLƏ

Dünya

8 May 2023, 13:52

Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Altınözü rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4.3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 5.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Zəlzələ Suriyanın Palmira, Humus bölgəsində də hiss olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?