Modern.az

Türkiyədə 3 ZƏLZƏLƏ - Suriya da SİLKƏLƏNDİ

Türkiyədə 3 ZƏLZƏLƏ - Suriya da SİLKƏLƏNDİ

Dünya

9 May 2023, 09:08

Türkiyənin Adıyaman, Kahramanmaraş və Hatay vilayətlərində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, Adıyamanın Çelikhan, Kahramanmaraşın Türkoğlu və Hatayın Altınözü rayonlarında baş verən yeraltı təkanlar Rixter şkalası ilə müvafiq olaraq 4.6, 3.9, 4.4 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocaqları yerin 8.6, 7, 12.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Hataydakı zəlzələ Suriyanın Palmira, Humus regionunda da hiss olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi