Modern.az

İrəvan və Bakı danışıqlarda fundamental irəliləyişə nail olmayıb - Qriqoryan

İrəvan və Bakı danışıqlarda fundamental irəliləyişə nail olmayıb - Qriqoryan

Dünya

9 May 2023, 10:48

"İrəvan və Bakı hələ də fundamental məsələlərdə irəliləyişə nail olmayıblar".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

 

"Siz başa düşməlisiniz ki, bəzi məsələlərdə irəliləyiş var, lakin onlar fundamental deyil. Biz bir daha qeyd etməliyik ki, danışıqlar gedir. Hər şey razılaşana qədər heç nə razılaşdırılmır. Hesab edirəm ki, danışıqlara bu baxımdan yanaşmaq lazımdır", - deyə o bildirib.

 

"Brüsseldə, daha sonra Kişinyovda sammitin keçirilməsi planlaşdırılır. Çalışaq ki, yanaşmaların maksimum yaxınlaşması istiqamətində işləyək və irəli gedək", - o əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi