Türkiyədə prezident və parlament seçkilərində istifadə olunacaq bülletenlərin çap edilməsi prosesi başa çatıb.
Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Türkiyə daxilində səs verəcək seçicilərin istifadə edəcəyi bülletenlər artıq tam hazırdır.
Qeyd edək ki, ölkə xaricində səsvermə artıq başa çatıb və səslər Ankaraya göndərilir.
Türkiyədə həm prezident, həm də parlament seçkiləri 14 mayda keçiriləcək.


