Modern.az

Əks-hücum aylarla uzana bilər - Podolyak

Əks-hücum aylarla uzana bilər - Podolyak

Dünya

9 May 2023, 13:06

"Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı həftələrlə və aylarla uzana bilər".

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak danışıb.

 

Onun sözlərinə görə, müharibənin intensivliyini və miqyasını, Rusiya Federasiyasının hərbi əməliyyatlara yatırdığı resursları nəzərə alaraq hesablamaq lazımdır.

 

"Bu, bir həftə, bir gün və ya bir ay məsələsi deyil. Söhbət bir çox məqamlardan gedir. Biri daha uğurlu, digəri isə daha az uğurlu ola bilər", - Podolyak deyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi