Modern.az

Mark Tvendən yazı dərsləri

Mark Tvendən yazı dərsləri

29 İyun 2013, 12:03


Dövrünün ən böyük  yazıçılarından olan Mark Tven yazı sənəti və üsulları barədə tez-tez  tövsiyələrlə  həmkarlarına  müraciət  edərdi. Məşhur satirikin bu tövsiyələri bəzən ciddi, bəzən də zarafatla qarşılanardı:

Modern.az yazı üsulları və texnikası barədə məşhur yazıçının dediklərindən bir neçə cümləni sizlərə təqdim edir:  

– Əvvəl həqiqətlərinizi ələ keçirin, sonra onlardan istədiyiniz qədər uzaqlaşa bilərsiniz.

 – Doğru sözü tapıb ondan istifadə edərkən dəqiq olun. 

– Bənzətmədən istifadə edən zaman onun gözəl alınacağından əmin deyilsinizsə, dərhal fikrinizi dəyişin. 

– İlk cəhddə kitabınızın qüsursuz olmasına özünüzü inandırmayın. İşinizə davam edin, düzəlişlər aparın və lazım gəlsə kitabı yenidən yazın. 

– Yalnız Tanrının nümayişində göy gurultusu və şimşəyin eyni zaman daxilində mükəmməl, şiddətli görüşdüyünü görə bilərik. Bəzən aşağı şiddətlə çaxan şimşək də fövqəladə dərəcədə insanları qorxuda bilər. Bu şou insanların marağını daim çəkib. Çünki bunlar Tanrıdan asılı olan hadisələrdir... Amma siz göy gurultusu və şimşəyi hər dəfə çox şiddətli versəniz, oxucu “yatağın altında qalmaqdan yavaş-yavaş vaz keçəcəkdir. 

– Dəyişiklik və yenilik çox lənətli bir hadisədir. Amma siz hər zaman çox yazmağa məhkumsunuz. Bundan sonra isə redaktorunuz yazıda çox şeyləri silə bilər. Doğru variant isə məhz bu olacaq!

– Dilin qrammatik imkanlarından  istifadə etməyə çalışın.   

– Sadə bir dillə yazın. Qısa sözlər və cümlələrdən istifadə edin. Buna  bacardığınız qədər sadiq qalın. Sözün ağır kütləsindən və şişirdilmiş izahatlarından uzaq durun. 

– Yazınızı yazmağın ən doğru zamanı yazmaqdan bezdiyiniz andır.  Məhz bundan sonra məntiqli və aydın şəkildə  istədiyinizi yaza bilərsiniz.  

 Hazırladı: Elmin Nuri  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi