Modern.az

Ermənistan sərhəddəki Aİ missiyasının fəaliyyətindən razıdır

Ermənistan sərhəddəki Aİ missiyasının fəaliyyətindən razıdır

Dünya

12 May 2023, 16:55

"Avropa İttifaqının Ermənistandakı Mülki Missiyası öz mandatını tam şəkildə yerinə yetirir".

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan deyib.

 

"Missiyanın vəzifəsi mütəmadi olaraq sərhədin bütün hissələrinə baş çəkmək və Brüssel üçün hesabat hazırlamaq və müntəzəm olaraq sərhədin bütün hissələrinə baş çəkməkdir. Onların mövcudluğu vəziyyətin yaxşılaşdırılması baxımından töhfədir. Bu, psixoloji cəhətdən daha təhlükəsiz atmosfer yaradır. Və bu mənada missiya öz mandatını tam yerinə yetirir”, - Hovhannisyan bildirib.

 

"Hazırda biz missiyanın fəaliyyətini müsbət qiymətləndirə bilərik”, - deyə nazir müavini əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi