Modern.az

Məktəbdəki yanğın söndürüldü - YENİLƏNİB 

Məktəbdəki yanğın söndürüldü - YENİLƏNİB 

Hadisə

13 May 2023, 23:55

Zaqatalada orta məktəb binasında yanğın olub.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

"112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

***

21:49

 

Zaqatalada məktəbdə baş verən yanğının səbəbi məlum olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, binanı ildırım vurub.

 

Üçmərtəbəli 360 şagird yerlik məktəb 2007-ci ildə istifadəyə verib. Hazırda məktəbdə 190 şagird təhsil alır.

 

Əldə olunan məlumata görə, məktəb binasının dam örtüyü tam yanıb. Yanğının sinif otaqlarına keçməsinin qarşısı alınıb.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?