Modern.az

Səsvermə demokratiyamıza yaraşan şəkildə tamamlandı - Ərdoğan

Səsvermə demokratiyamıza yaraşan şəkildə tamamlandı - Ərdoğan

14 May 2023, 18:17

"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi həmişə olduğu kimi, seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr dəqiqləşənə qədər millətimizin iradəsini qorumağa davam edirik".

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.

 

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna buranı azad etdi - Putin orduya təcili əmr verdi