Modern.az

Liderlər yenidən Brüsseldə GÖRÜŞƏCƏK

Liderlər yenidən Brüsseldə GÖRÜŞƏCƏK

Aktual

14 May 2023, 20:30

Avropa İttifaqı Azərbaycan və Ermənistana hərtərəfli normallaşmaya nail olmaq üçün yardım etməyə sadiqdir.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra deyib.

 

“Biz onların birgə səylərinə töhfə verməyə davam edəcəyik”, - Şarl Mişel bildirib.

 

Onun sözlərinə görə, Aİ-nin gizli gündəliyi yoxdur, məqsəd tərəflərin hərtərəfli sülhə nail olmasına töhfə verməkdir. Mişel liderlərin iyulda yenidən Brüsseldə görüşəcəyini qeyd edib.

 

Aİ Şurasının rəhbəri vurğulayıb ki, Azərbaycan və Ermənistan liderləri münasibətləri normallaşdırmaq istəklərini bildiriblər.

Sizə yeni x var
Keçid et
Kıbrıs konusunda ABD-nin İsrail ve Yunanistan`ın rolü?