Modern.az

Ceyhun Bayramovla Paşinyan eyni tədbirdə - FOTOLAR

Ceyhun Bayramovla Paşinyan eyni tədbirdə - FOTOLAR

Dünya

17 May 2023, 09:44

İslandiyanın paytaxtı Reykyavik şəhərində Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşü keçirilir. 

 

Modern.az xəbər verir ki, tədbirin açılış mərasimi baş tutub.

 

Azərbaycanı toplantıda xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. Ermənistanın baş naziri Nikol Paşinyan da mərasimdə qatılanlar arasındadır.

 

O, həmçinin demokratiya mövzusunda keçirilən dəyirmi masada da iştirak edib.

 

Qeyd edək ki, Azərbaycan XİN başçısının Zirvə Görüşündə iştirak edəcək dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 

Region ölkələrindən Gürcüstanın baş naziri İrakli Qaribaşvili də tədbirdədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?