Modern.az

Tsinpin də Tokayevi TƏBRİK ETDİ

Tsinpin də Tokayevi TƏBRİK ETDİ

Dünya

17 May 2023, 15:34

Çin sədri Si Tsinpin ölkəsində səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib və onu 70 illik yubileyi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

“Bu gün siz Çinə dövlət səfərinizi edirsiniz ki, bu da bizim ikitərəfli əməkdaşlığımızın yüksək səviyyəsini əks etdirir və Çinlə sıx əlaqələrinizi bir daha təsdiqləyir. Biz Çin-Qazaxıstan münasibətlərinin qızıl 30-cu ildönümünün yeni səhifəsini açmışıq. Ölkələrimiz dostluq, qarşılıqlı dəstək ənənələrini inkişaf etdirməli və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməlidir”, - deyə Çin sədri bildirib.

 

Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi, neft-qaz, neft-kimya, enerji, maliyyə, nəqliyyat və tranzit sektorları, təhsil və elm sahələrində hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?