Modern.az

İngilis dili “ölüb”, Çin dilini öyrənək - Volodin

İngilis dili “ölüb”, Çin dilini öyrənək - Volodin

Dünya

18 May 2023, 17:30

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin KTMT Parlament Assambleyasının Şura iclasında çıxışı zamanı ingilis dilinin "ölü dil" olduğunu bildirib.


Modern.az xəbər verir ki, bu haqda "RİA Novosti" agentliyi məlumat yayıb.


Belə ki, Volodin Çin nümayəndəsinin çıxışını rus dilində şərh edib.


“Gəlin, milli dillərimizi, millətlərarası ünsiyyət dillərini, Çin dilini öyrənək. İngilis dili ölü dildir. Budur, vaxtı keçib", - deyə rusiyalı spiker vurğulayıb.


O, həmçinin Çini milli mədəniyyət və adət-ənənələrin qorunub saxlanmasının parlaq nümunəsi adlandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq