Modern.az

Qərb Ukraynaya 5 ay dəstək verəcək

Qərb Ukraynaya 5 ay dəstək verəcək

Dünya

20 May 2023, 09:04

Qərb rəsmiləri bildirirlər ki, müttəfiqlərin Ukraynaya dəstəyi 5 ay davam edəcək və onlar Kiyevə münaqişədə irəliləyiş əldə etmək üçün son şans verəcək.

 

Modern.az xəbər verir ki, bu haqda "The Financial Times" nəşri məlumat yayıb.

 

Məlumata görə, Avropa ölkələrinin rəhbərləri ABŞ-da keçiriləcək seçkilər səbəbindən Kiyevə dəstəyin dayandırıla biləcəyindən narahatdırlar. Onların fikrincə, beş aydan sonra Qərb Ukraynaya eyni səviyyədə dəstək verə bilməyəcək.

 

"Biz eyni səviyyədə yardımı həmişəlik saxlaya bilmərik", - adı açıqlanmayan məmur deyib. O, həmçinin, mövcud dəstək tədbirlərinin bir və ya iki ildən çox olmayacağını söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır