Modern.az

İranın yeni prezidentindən SENSASİYALI AÇIQLAMA: “Qadınlara geyimə görə təzyiq edilməməlidir”

İranın yeni prezidentindən SENSASİYALI AÇIQLAMA: “Qadınlara geyimə görə təzyiq edilməməlidir”

3 İyul 2013, 14:23

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani iranlıların hüquqlarının əllərindən alındığını və inkar edildiyini bildirib. Modern.az saytı xəbər verir ki,  Ruhani İranın məşhur “Çilçıraq” gənclik jurnalına verdiyi müsahibədə, qadınlar və kişilər arasında ayrı-seçkilik qoyulmasının əleyhinə olduğunu və Facebook kimi sosial media şəbəkəsinin xoş qarşılanacaq bir fenomen olduğunu bildirib. O deyib:

”Texnologiyanin belə yüksək inkişafı dövründə heç kəs bu inkişafdan uzaqlaşadırıla və ya karantində saxlanıla bilməz”.

Həsən Ruhani İranda internet üzərinə qoyulmuş ciddi nəzarət barəsində də danışıb. O bildirib ki, hakimiyyət tərəfindən internetin nəzarətə götürülməsi düzgün deyil.

”Bunun siyasi səbəbləri var. Onlar insanların internet məkanındakı azadlıqlarından qorxurlar. Elə bu səbəbdən də onlar informasiya almağı məhdudlaşıdırırlar. Ancaq bu filtrləmə nəticəsizdir”.

İranda bir çox səhifələrə ,o cümlədən Facebook və Twitter-ə giriş qadağan edilib Lakin iranlılar anti-filtirləmə proqramı və ya xüsusi virtual şəbəkə vasitəsilə bu səhifələrə daxil ola bilirlər.

Həsən Ruhani qadınların hicab geyməsi ilə bağlı suala “qadınlara geyimlərinə görə təzyiq edilməməli olduğunu” deməklə sensasiyalı açıqlama verib. Lakin o, hicab geyilməsinin könüllü olması ilə bağlı heç nə deməyib. Ruhani bildirib:

 ”Əgər qadın və ya kişi bizim geyim qaydalarımıza tabe olmursa, bu o demək deyil ki, onun ləyaqəti sual altına alınmalıdır”.

Həsən Ruhani islahatyönümlü şəxs kimi xarakterizə olunur.

Qeyd edək ki, İranda qadınlara hicab geyinmək məcburidir. İslam dövləti qurulandan bəri qadınlar evdən bayıra çıxdılarsa, məcburən hicab geyinməlidirlər. Bu qaydanı pozanlara qarşı sərt tədbirlər görülür.

Peykər İbrahimova  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir