Modern.az

Yeni xidmətlər zərfinin təsdiqini gözləyirik - Zaur Əliyev

Yeni xidmətlər zərfinin təsdiqini gözləyirik - Zaur Əliyev

Aktual

20 May 2023, 12:46
Yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiqini gözləyirik.
Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib.

O bildirib ki, yeni xidmətlər zərfində ürək-damar xəstəlikləri ilə bağlı bir sıra yeni xidmətlər yer alacaq.

"Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar cərrahiyəsi həyata keçirilib. Bu ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb"
, - Zaur Əliyev əlavə edib.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?