Modern.az

Yaradıcı gənclər Prezidentin qərarını dəstəkləyir – Əks-səda

Yaradıcı gənclər Prezidentin qərarını dəstəkləyir – Əks-səda

Qarabağ

4 İyul 2013, 10:25


Prezident İlham Əliyev gənclər üçün mükafatın təsis edilməsi haqqında sərəncam imzalayıb. Mükafatlar əsasən ədəbiyyat və incəsənət sahəsində veriləcək.

Modern.az-a açıqlamasında müxtəlif sahələrdə fəaliyyət göstərən gənclər belə bir addımın atılmasını inkişaf edən gəncliyimiz üçün perspektivli olacağını qeyd etdilər.

Gənc Tamaşaçılar teatrının aktyoru Vahid Orucoğlu  bu cür mükafatın təsis edilməsini gənclərin işinə daha ciddi yanaşmasına gətirib çıxaracağını dedi.  “Bu çox yaxşı xəbərdir. Bu cür addımı yüksək dəyərləndirirəm. Çox sevindim. Gənclər arasında sağlam rəqabət yaranacaq ki, bu il filankəs aldı, gələn il də mən alım. Ümumiyyətlə, gənclərin dövlət dəstəyinə həmişə ehtiyacı var. Düşünürəm ki, mükafatın təsis edilməsi müxtəlif sahələrdə çalışan perspektivli gənclərin  öz işinə daha əzmlə yanaşmasına gətirib çıxaracaq.”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazar Fərid Hüseyn  dövlət başçısı tərəfindən bu addımın atılmasını  istedadlı gənclərin yolunda çox böyük uğur olduğunu dedi. “Cənab prezidentin bu cür addımını yüksək qiymətləndirirəm. Dünən bu xəbəri oxuyanda çox şad oldum. Arzum odur ki bu mükafat layiqli gənclərə təqdim olunsun. Çox yaxşı addımdır ki ildə bir dəfə hər hansı bir gəncin probleminin aradan qaldırılmasına və yaradıcılığının inkişafına olduqca müsbət təsir edəcək. Ümid edirəm ki bu mükafatların verilməsində ədalət prinsipinə əməl olunacaq.”

Türkologiya üzrə gənc araşdırmaçı-alim Vüqar Əliyev  bu mükafatın təsis edilməsinin gəncliyin inkişafı baxımından perspektivli addım olmasını dedi. “Bu mükafatın təsis edilməsi sevindiricidir. Hər bir gənc hər zaman dövlət başçısının diqqətini hiss edib.  Gənclik hər bir cəmiyyətdə aparıcı qüvvədir. Dövlətin irəli getməsi onun gənclərinin nə dərəcədə aktiv olması gənclərin öz üzərində nə dərəcədə işləmələri ilə bağlıdır. Dövlətin də əsas işi  həmin gəncliyi daha yaxşı yetişdirməkdir.  Bu cür addımın atılması gənclərimiz üçün müsbət şəraitin yaradılması deməkdir. Hər bir gəncin həyat səviyyələrinin, elmi potensialının,  iş qabiliyyətinin yüksəlməsi baxımından bu addım müsbət qəbul olunur. Bir gənc alim kimi  bunu dəstəkləyirəm.”

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür