Modern.az

Milli Şura Gültəkin Hacıbəylinin müdafisinə QALXDI: “Bu biabırçılıqdı”

Milli Şura Gültəkin Hacıbəylinin müdafisinə QALXDI: “Bu biabırçılıqdı”

4 İyul 2013, 17:24

Milli Şura üzvləri eks-deputat Gültəkin Hacıbəylinin müdafiəsinə qalxıb. G.Hacıbəylinin oğlunun əlindən alınmasına etiraz edən Milli Şura üzvləri ona lazımı dəstək verəcəklərini bəyan ediblər. Bu barədə Modern.az saytına Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib.

“Gültəkin xanıma hər cür dəstək verəcəyik. Hesab edirəm ki, Milli Şura bu məsələ ilə bağlı öz mövqeyini nümayiş etdirəcək.  Biz bundan sonra da Gültəkin xanımın yanında olacağıq”-deyə Z.Quliyev bildirib.

Qeyd edərk ki, bu gün Nəsimi rayon məhkəməsi keçmiş millət vəkili, Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq atası Mahmud Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?