Modern.az

Taxıl biçini iyulun 20-dək başa çatdırılacaq

Taxıl biçini iyulun 20-dək başa çatdırılacaq

5 İyul 2013, 09:57

Respublikanın əksər bölgələri kimi Füzuli rayonunda da taxıl biçini kampaniyası davam edir. Biçinin qısa müddətdə və itkisiz başa çatdırılması üçün rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya biçinin gedişinə gündəlik nəzarət edir, hər gün sübh tezdən qərargahın yığıncağında görülmüş işlər təhlil olunur.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Füzulidə bu il 39,7 min hektar sahədən taxıl toplanılacaq. İndiyə qədər 26 min hektar sahə biçilib, hələlik 80 min  ton məhsul əldə edilib. Bu hər hektardan 27,2 sentner məhsul deməkdir. Arpa əkilmiş 11 min hektar sahənin hər hektarından 25,7 sentner, buğda məhsullarının hər hektarından 29 sentner məhsul götürülür. Biçində 45 ədəd kombayn iştirak edir. Taxıl biçininin iyulun 15–20–dək başa çatdırılması proqnozlaşdırılır. Rayon taxılçıları ötən il 101 min ton məhsul əldə ediblər. Bu il həmin nəticənin daha da yüksələcəyi nəzərdə tutulub.

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər