Modern.az

Biz öz mənfəətlərimizə deyil, Allahın buyurduqlarına əməl edək

Biz öz mənfəətlərimizə deyil, Allahın buyurduqlarına əməl edək

Aktual

5 İyul 2013, 10:37


On bir ayın sultanı olan müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalır. İslam dininin müqəddəs kitabı Qurani-Kərimdə oruc tutmağın hər bir müsəlman üçün vacib olduğu qeyd olunur. Ramazan ayında oruc tutmaqla insanlar səbirli olmağı və nəfslərini tərbiyə etməyi öyrənirlər. Oruc tutmağın tibbi cəhətdən də faydası var. Belə ki, il boyu durmadan işləyən mədə və həzm sistemi gün boyu dincəlmiş olur.

Əvvəlki illərdən fərqli olaraq, bu il Ramazan daha isti aya düşür. Yəni, bu il oruc tutmağın məsuliyyəti daha da artır. Hər il Ramazan ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə, ilahiyyatçılar arasında mübahisələr yaşanır ki, bu da fərqli tarixlərin səsləndirilməsi ilə bağlı baş verir.

Oruc tutmağın tarixi qədimidir. Allah Qurani Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsində buyurur ki, “sizdən öncəkilərə vacib olduğu kimi, sizə də oruc vacib oldu”.
İslama görə, Ramazan ayinda oruc tutmaq daha önəmli oldu. Çünki Quran bu ayda nazil olub, müqəddəs Qədr gecələri bu aya təsaduf edir.

Ramazan ayı hicri-qəməri təqvimində 9-cu aydı. İslam alimləri qeyd edirlər ki, bu ayda oruc tutub Allahdan günahların bağışlanmasını və rəhmət diləyən şəxs sanki 9 aylıq bir körpə kimi günahsız olur. “Ramazan” sozu ərəb dilində yandırmaq deməkdir. Yəni, oruc tutmaqla pis nəfsi yandırmaq və günahları məhv etmək...

Bu ay təkcə müsəlmana yox bütün insalara önəmli ola bilər. Allah Qədr surəsində buturur ki, “mələklər Qədr gecəsi her şey üçün nazil olar və səhər dan yeri sökülənə kimi insanları duyur və onların istəklərini aləmlərinə-Rəbbinə çatdırarlar”.

“Bəqərə” surəsində Ramazan ayı barədə deyilir ki, islam dinində “hicri-qəməri təqvimi”nin hər bir ayının müddəti 29 yaxud da 30 gün olur. Bunu da yalnız və yalnız ayın görünməsiylə təyin edirlər.

İstər Peyğəmbərin (s) dövründə, istərsə də ondan sonra bütün islam aləmi bu şəkildə oruc tutur, Həccə gedir, qurban kəsir və s. dini vacib və müstəhəb əməlləri yerinə yetirir. Allaha və islam dininə imanı olan hər bir müsəlmana vacibdir ki, dini əməlləri,  o cümlədən Ramazan ayı kimi önəmli bir ayı hicri-qəməri təqvimi ilı başlasın.

Bu ay təqva ayıdır, bu ay rəhmət ayıdır. Rəhmət isə Allahdan olduğu ücün əməllər də Allaha xatir olmalıdır. Ramazan ayı nəfsin əzildiyi, rəhmətə qovuşulan ay olduğu üçün bu ayda biz öz mənfəətlərimizi deyil Allahın buyurduqlarını önəmli bilməliyik. Hər hansı insan, qurum və ya dövlət bu ayı öz mənafelərinə uyğun elan etməsin,  əksinə, Allahın və onun Peyğəmbərinin buyurduğu şəkildə elan etməlidir.

Amma təəssüflər olsun ki, texnologiyanın inkişaf elədiyi bir dövrdə müsəlman ölkələri Ramazanı olduğu kimi elan etmir və ayın nə zaman cıxıb-batmasını təyin edə bilmirlər.
Qeyd etmək lazımdır ki, bu gün dunya ölkələrinin bir çoxunda hər ilin sonunda Yeni il bayramı qeyd edilir. Amma bu bayramı saat fərqi ilə dunyanın hər yerində bir müxtəlif vaxtda qeyd edirlər. Bəzən dövlətlər arasında 9 saat fərq olur. Məsələn,  Azərbaycanla Amerika arasında olan fərq az qala bir günə bərabər olsun. Azərbaycan bu bayramın sevincini yaşayanda və yaxud şənlik keçirəndə Avropa ölkələri hələ vaxt gözləyirlər. Çünki onların saatı, həmin anı gəlməyib. Əgər biz Yeni il bayramının tarixcəsinə baxsaq, bunun dinlə və Allahın buyurduğu əməllərlə heç bir əlaqəsi yoxdur. Sadəcə, içkidən və bəzən mənasız əyləncələrdən başqa bir şey deyil.
Baxanda bütün dünya bu anı saatla izləyir və vaxtında - 00-00-da qeyd edirlər.

Müsəlmanlara deyəndə ki, Ramazan ay təqvimi ilə qeyd edilir, söyləyirlər “nə fərqi var ki, bayram bayramdı, dunyanın hər yeri bir gündə qeyd edir, biz də filan dövlətlə bərabər edək”. Coğrafiyadan bilirik ki, dövlətlərin meridianlara uyğun üfüq fərqi var. Bu üfüq fərqinə görə də hava qaralır, ay batır, gün çıxır və s.

Beləliklə, bu ayın önəmini bilən adam onun bayramına və nə zaman daxil olub, nə zaman çıxmasına da diqqət etməlidir. Allah-təala buyurur ki, “Ramazan mənim ayımdır, hamı bu ayda mənim qonağımdır”.
Qonaq ev sahibinin dediklərinə əməl etməlidir, harda yer versələr orda oturmalıdır. Əgər ev sahibinin sözünə qulaq assa, onda hörmətli qonaq sayılar. Yox, əgər ev sahibinə sayğısızlıq etsə, onda ona da sayğısızlıq olar.

Biz də Allahın qonağıyıqsa, gərək O deyən şəkildə qonaqlığa gedək. Çünki Allahdan yaxşı və mərhəmətli ev sahibi ola bilməz.

Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurası Ramazan ayı ilə bağlı bu il iyunun 3-də təqvim açıqladı. Elan edildi ki, bu il Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 10-a təsadüf edir. İyulun 9-u niyyət axşamıdır. Ramazan – Fitrə bayramı isə miladi təqvimi ilə avqustun 8 və ya 9-na düşür.

QMİ-nin qabaqcadan belə bir qərar verməsi, yaxud da bayram gününü təyin eləməsi bir çox dindarlarda narazılığa səbəb olub. Ramazan ayı hicri-qəməri təqvimi ilə başlayır, təzə ayın görünməsi ilə bağlıdır. Həmçinin Ramazan (Fitrə) bayramı  qabaqcadan hansısa idarə tərəfindən təyin oluna bilməz və bu, mümkün deyil. Belə olan halda, əstəğfürulla, biz Allaha qarşı çıxmış oluruq.

Allah bizi qorusun və inşallah ixtilafsız Ramazan ayı ümidi ilə sizləri Allaha əmanət edirəm!!!!

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir