Yay geyimində olan məşhur müğənni Şakiranın İran dövlət televiziyasındakı bir neçə saniyəlik görüntüsü ölkədə səs-küyə səbəb olub.
Modern.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Bir çox dünya ölkələri kimi İranda da futbol üzrə Konfederasiya kuboku İran dövlət televiziyası İRİB-də yayımlanıb. Məşhur müğənni futbolçu həyat yoldaşı Cerard Pikenin oynadığı İtaliya-İspaniya oyunu izləmək üçün stadiona gəlib. Şakiranın bir neçə saniyəlik “İslama zidd” görüntüsünün kanalda göstərilməsindən sonra bir sıra millət vəkilləri və televiziya rəhbərləri bu kanala e-mail, faks göndərərək və zənglər edərək öz narazılıqlarını bildiriblər. İranda televiziyada qadınların qolları açıq görüntülərini yayımlamaq qadağandır. İranlılar futbol yarışı gedən gün bir-birilərinə Twitter-də “3-cü kanalı (İRİB) açın, Şakiranı göstərirlər” yazıblar.
İranlı qadınların milli futbol oyunları vaxtı stadiona getmələri qadağandır. Eyni zamanda xarici kanallardan yayımlanan beynəlxalq oyunların da senzura edildiyi məlumdur.
Peykər İbrahimova