Modern.az

Safurə Əlizadənin toy sevinci: “Fərhad Əliyevlə xoşbəxtəm”

Safurə Əlizadənin toy sevinci: “Fərhad Əliyevlə xoşbəxtəm”

Aktual

5 İyul 2013, 16:33


Bu gün tanınmış müğənni Safurə Əlizadə ilə sənayə və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin toy mərasimi keçiriləcək. Modern.az-ın məlumatına görə, S.Əlizadə nazir oğlu ilə ailə həyatı qurduğu üçün xoşbəxt olduğunu bildirib.

“1 saata artıq toy mərasimi başlayır. Mən gəlinlik paltrındayam artıq. Çox xoşbəxtəm”-deyə müğənni toy sevincini bölüşüb.

Qeyd edək ki, cütlüyün toy mərasimi Türkiyənin Bodrum şəhərində keçirilir. Toyda aparıcılığı məşhur şoumen Murad Dadaşov edəcək. Gəlinin bəzədilməsi işi isə bu gün paytaxtı tərk edib Bodruma yola düşən stilist-vizajist Anara tapşırılıb.

Xatırladaq ki, Fərhad Əliyev bundan öncə də ailəli olub.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır